İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, bu gün saat 15:00 radələrində rayonun Aşıqbayramlı kənd sakini Mustafayev Teymur Əlipaşa oğlu özünə məxsus "Qaz-53" markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düz yerdə saxlamayıb. Sürücü yerdə olduğu halda avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib, ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb.

Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov