Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhərinin Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.