Bakıda ölümlə nətiəclənən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Qala-Pirallahı yolunda qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı minik vasitəsi yük maşınına çırpılıb. Yük maşınında olan daşların bir hissəsi maşının üzərinə tökülüb. Qəza nəticəsində minik maşını alışıb. Ərazidə olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Hadisə şahidlərinin verdiyi məlumata əsasən “Toyota Prius” sürücüsü hadisə yerində vəfat edib. Bildirilir ki, qəza nəticəsində sürücünün başı bədənindən ayrılıb.