Yunanıstan prezidenti Katerina Sakellaropulou parlamentin buraxılması və seçkilərin iyunun 25-nə rəsmi təyin edilməsi haqqında fərman verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Ekathimerini" nəşri məlumat yayıb. 

Fərmana əsasən, yeni parlament bazar ertəsi, iyulun 3-də toplaşacaq.