Məşhur aktrisa Eda Ece iyunun 21-də 4 ildir sevgili olduğu basketbolçu Buğrahan Tuncerlə nikah masasına oturacaq.

"Unikal" xəbər verir ki, "Yasak Elma" serialındakı rolu ilə geniş pərəstişkar kütləsi toplayan aktrisa Eda Ece bir ay əvvəl Buğrahan Tuncerlə nişanlanıb. Bu yay nikah masasına əyləşəcək cütlüyün toyu ilə bağlı təfərrüatlar aydınlaşmağa başlayıb.

Belə ki, cütlüyün iyunun 20-də evlənəcəyi deyilsə də, Eda xəbərləri təkzib edib.  O, həmin tarixdə özünə ad günü şənliyi keçirəcəyini bildirib.  Bununla yanaşı, toyda Ecenin "Yasak Elma" serialındakı rol yoldaşı Şevval Sam çıxış edəcək. Aktrisanın şahidi meneceri Qaye Sökmen, Melda Nar və sənətçi Ayşegül Aldinç olacaq.