Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Əmir-Abdullahiyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə təbriklərini çatdırıb.
Danışıq zamanı ikitərəfli əlaqələr də müzakirə olunub.