Şəkidə külək binanın dam örtüyünü qoparıb.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında Şəki şəhəri S.Rəhman küçəsində baş verib. Güclü külək həmin küçədə yerləşən binanın dam örtüyünü qoparıb və 5 avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Seymur Əli