Ağstafa rayon  Vurğun qəsəbəsində hərbçilər qəzaya düşüb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə "VAZ" markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayonun Köçəsgər kənd sakinləri 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tural Əhmədov