Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşmassı nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar 1988-ci il təvəllüdlü X.Əzizov və 1946-cı il təvəllüdlü O.Cavadov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.