Qobustanda beşotaqlı ev yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonun Sündü kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.