İyunun 16-da Neftçala-Mirqurbanlı avtomobil yolunun Neftçala şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 1967-ci il təvəllüdlü Hüseynov Tofiq İskəndər oğlu idarə etdiyi “Mercedes-Benz S320” markalı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan onunla eyni istiqamətdə hərəkətdə olan 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlunun idarə etdiyi “İj-Planet” markalı motosikleti arxa tərəfdən vurub.
Hadisə nəticəsində motosiklet aşmış, daha sonra “Mercedes-Benz S320” markalı avtomobilin sürücüsü də idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan Baloğlanov Rüfət Məmmədəli oğlunun idarə etdiyi “Vaz 2101” markalı avtomobil vurub. Avtomobilin aşması nəticəsində Hüseynov Tofiq İskəndər oğlu və Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüb, “Mercedes-Benz S320” markalı avtomobildə olan sərnişin 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Neftçala rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.