Zaqatalada 39 yaşlı kişi intihar edib.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yeni Suvagil kənd inzibati ərazisində qeydə alınıb.
Kənd sakini 1984-cü il təvəllüdlü Tural Vəli oğlu Abdullayevin meyiti Böyük çayın sahilində ağacdan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı əsəb xəstəliyindən əziyyət çəkən T.Abdullayevin intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Seymur Əli