Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.
***17:24
Şəkidə evdə partlayış olub, 3 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə rayonunun Aşağı Göynük kəndində baş verib.
Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu xəsarət alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların vəziyyətləri ağır oldugu bildirilir.
Seymur Əli.