Astarada ani ehtiyatsızlıq ustanın ölümünə səbəb olub.
"Unikal" apaya-istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində, tikinti materialları satışı obyektində baş verib.
Ərçivan qəsəbə sakini 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu laqonda (elektrikli kəsici alət) ilə çəllək kəsərkən anidən partlayış olub. Laqonda aparatı ustanın əlindən çıxaraq, sifətini kəsib. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya baş - sifət nahiyəsinin dərin kəsilmiş - didilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
İlkin ehtimala görə, ustanın kəsdiyi çəlləyin içərisində kimyəvi maddə və ya məhlulun qalıqları olub.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.