Bakıda sürücülərdən biri avtomobildə hücuma məruz qalıb.

"Unikal" xəbər verir  ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, maşından düşən iki qadın və iki kişi digər sürücü ilə mübahisə edir. Daha sonra körpəsi qucağında olan qadın mübahisə etdikləri sürücünün avtomobilinə təpik vurub.