Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb.

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib.

İyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

***15:48

Naftalanda qazi Tağıyev İlkin Həmid oğlu özünü yandırıb.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə  məlumat yayılıb.

Bildirilib ki, İlkin Tağıyev hadisəni Naftalan şəhəri İcra Hakimiyyəti inzibati binasının önündə edib. Qazinin hansı səbəbdən bu əməli törətdiyi hələlik məlum deyil.