Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.

"Unikal" xəbər verir ki, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.