İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində yanıb.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, rayonun Müdrü kənd sakini, 1972-ci il təvəllüdlü Babayev Zeynal Ələddin oğlu yanıq xəsarətləri alıb. Qardaşının evində qaz balonunun qəflətən alışaraq böyük alov yarandığını görən Zeynal Babayev onu əlinə götürərək bayıra çıxarmağa çalışıb. Evi yanğından mühafizə edən Zeynal Babayevin özü yanıb. O, sol kürək, sol budun, sağ əlin, sağ ayağın termiki yanığı diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov