Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.
"Unikal" xəbər verir ki, görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub.
xxx
17:51
Bakı şəhərində ana və övladını maşın vurub.
"Unikal" xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kişi qadını təpikləyib. Kişidən qaçan ana və uşağı maşın vurub.
Qeyd edilib ki, qadını döyən həyat yoldaşıdır.
Görüntüləri təqdim edirik: