"Şakira əfsanəvi statusa sahib olub, çünki onun Pies Descalzos Fondu xeyriyyəçilik fəaliyyəti ilə bir çox insana kömək edib". 

"Unikal" xəbər verir ki, bunu Barranquilla şəhərinin meri Xaime Pumarexo deyib. 

O, dünyaca məşhur müğənni Şakiranın heykəlinin tezliklə doğulduğu şəhərdə qoyulacağını açıqlayıb.

Merin sözlərinə görə, bu abidənin qoyulacağı yerin seçimi vətəndaşlar tərəfindən səsvermə yolu ilə həyata keçiriləcək.

Şakiranın heykəli 20 fut ( təxminən 6 metr) hündürlükdə olacaq və bürüncdən hazırlanacaq.

Ağarza Elçinoğlu