Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Paşinyan Türkiyə liderini Qurban bayramı münasibəti ilə təbrik edib. Ərdoğan isə onu qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

Liderlər ölkələri arasında ikitərəfli münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər. Bu çərçivədə diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icra prosesi müzakirə olunub. 

Ağarza Elçinoğlu