Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenin Ukraynanın bahasına müharibəni “beş dəqiqəyə” bitirə biləcəyini deyib.

"Unikal" xəbər verir ki,  o, bu  barədə "ABC News"a danışıb.  

Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gələrsə, “müharibəyə 24 saat ərzində son qoyacağı” sözlərini şərh edib:

"Müharibəyə son qoymaq istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Əgər biz müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə belə başa vura bilər. Amma biz razılaşmayacağıq”, - deyə prezident əlavə edib.

Gülayə Mecid