Zaqatalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ 21099" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər Balakən rayonu Katex kənd sakinləri olan 1984-cü il təvəllüdlü Müzəffər Zülfüqar oğlu Osmanov və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Vüsalə İbrahim qızı Osmanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli