Gəncədə minik maşını yanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "CHEVROLET CRUZE" markalı minik maşını anidən yanıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğın söndürən bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov