İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

"Unikal"ın məlumatına görə bu gün axşam saat 22:40 radələrində İsmayıllı şəhərində 10-HB-713 dövlət nömrə nişanlı "VAZ 2106" və  10-SV-279 dövlət nömrə nişanlı "VAZ 2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov