Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.

xxx

23:47

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə "Unikal" -a FHN-dən bildirilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

xxx

23:05

Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.

"Unikal" verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə  yanğınsöndürmə qüvvələri cəlb edilib. Havanın küləkli olmasa yanğının söndürülməsi işini çətinləşdirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.