ABŞ Hunter Bayden işini araşdırmaq üçün xüsusi müşavir təyin edir.
"Unikal"
xəbər verir ki, bu status Amerikanın hazırkı prezidentinin oğluna qarşı cinayət təhqiqatı aparan Devid Veyssə verilib.

Təyinat Veyssə daha çox güc verir. Baş prokuror Merrik Qarland bildirib ki, o, “istənilən məsələ ilə” məşğul ola biləcək.

New York Times təyinatın məqsədini ictimaiyyətə və müttəhimə qərarların Co Bayden administrasiyası tərəfindən deyil, xüsusi prokuror tərəfindən veriləcəyinə dair bir siqnal hesab edib.

Hunter Baydenlə bağlı istintaq 2018-ci ildən bəri davam edir. O, narkotik maddə qəbul edərkən qanunsuz olaraq revolver almaqda ittiham olunur.