Havay adalarında meşə yanğınları nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, Maui adasında müxtəlif bölgələrdə yanğınla mübarizə davam etdirilir. 

Xatırladaq ki, Havay adalarında genişmiqyaslı meşə yanğınları avqustun 9-dan başlayıb. Güclü külək yanğının qısa müddət ərzində daha böyük əraziyə yayılmasına səbəb olub.