Şimali Koreyanın lideri Kim Çen İn həftə sonu ölkənin əsas silah zavodlarına baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Səfəri zamanı açıqlamalar verən Kim, silah və raket istehsalının əsaslı şəkildə artması əmrini verib və cəbhədəki qoşunların ehtiyaclarını ödəmək üçün kütləvi istehsala başlamağın hədəfləndiyini bildirib.

O, Şimali Koreyanın düşmənlərini tamamilə məhv edəcək böyük bir hərbi gücə malik olması lazım olduğunu qeyd edib. 

Ağarza Elçinoğlu