Sahibkar və milyarder Pyotr Aven Rusiya vətəndaşlığından imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə o, TV3 Zinas telekanalına müsahibəsində bildirib. 

Milyarder deyib ki, Latviyanı öz vətəni hesab edir: "Mən 2022-ci ilin mart ayından etibarən Alfa Bank qrupunun şirkətlərindəki bütün vəzifələrdən istefa verdim və bir ildir ki, Rusiya biznesimi satmaq prosesini başa çatdırmaq üçün Kipr hakimiyyətinin icazəsini gözləyirəm. Mənim ailəm tarixən Latviya ilə bağlıdır və mən onu öz evim hesab edirəm".

Ağarza Elçinoğlu