İsveç Ukraynaya 3,4 milyard kron (313,5 milyon dollar) dəyərində yeni hərbi dəstək paketi təqdim etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson açıqlayıb.

Consson mətbuat konfransında deyib: "Biz bunun uzanan müharibə ola biləcəyinə hazırlaşmalıyıq və bizim də uzunmüddətli perspektivimiz var ki, Ukraynaya göndərdiyimiz platformaları davamlı olaraq saxlaya bilək".

İsveçin yeni hərbi yardım paketi Ukrayna üçün müharibə başlayandan bəri sayca 13-cü olacaq. Skandinaviya ölkəsindən bu cür yardımın ümumi dəyəri 20 milyard krona (1,8 milyard dollar) çatıb.

Ağarza Elçinoğlu