İran ilk dəfə olaraq “Army-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda özünün ən son “Ababil” ballistik raketini təqdim edib.

“Unikal” İRNA-ya istinadən xəbər verir ki, SEPAH Aerokosmik Qüvvələrinin “Zahir” raketinə bənzər bu ballistik raket 86 kilometr uçuş məsafəsinə malikdir.

Əsas taktiki və texniki xüsusiyyətləri: uzunluğu 3,7, çəkisi - 240 kq, döyüş başlıqlarının çəkisi - 45 kq. Raket, həmçinin, yerüstü optik hədəf başlığı quraşdırmaq qabiliyyətinə malikdir.

Nuranə Abbasova