Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatının qarşısı alınıb. 

"Unikal" xəbər verir ki,  Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə quraşdırdığı texniki müşahidə və dinləmə vasitələrinin hərbçilərimiz tərəfindən sıradan çıxarılmasının görüntüləri yayılıb. 

***11:36

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.