"Kirayə mənzillərlə bağlı müraciətlərin sayında artımlar var. Hələki qiymət artımı müşahidə etmirik".
Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert bildirib ki, gələn həftədən etibarən müraciətlərin sayında kəskin artım müşahidə ediləcək. Onun sözlərinə görə, bu, hər il üçün xaraketrik olan tendensiyadır:
"Amma indi qiymətlərin neçə faiz artması ilə bağlı dəqiq rəqəm demək çətindir. Proses yekunlaşdıqdan sonra təhlil olunub nəticələr ortalığa qoyula bilər ki, bu müddətdə neçə faiz qiymət artımı baş verdi".
Anar Kəlbiyev