Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların ehtiyaclarını ödəmək üçün ərzaq məhsullarının çatdırılmasını təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması nəzərdə tutulur.
Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olur.