Ermənistan törətdiyi təxribat nəticəsində məhv edilən 4 hərbçisinin adını açıqlayıb. 

"Unikal" xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bunlar  Andranik Vaqarşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtçyan, Vaçaqan Saroeviç Vardanyan, Narek Karenoviç Poqosyandır. 

***

16:16

Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.

***

10:55

Xəbər verdiyimiz kimi, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Bu gün səhər yenidən Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb.

"Unikal"ın məlumatına görə, Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib. 

Erməni KİV-in məlumatına görə, Ermənistan ordusunun 2 hərbçisi məhv edilib, 1 yaralı var. Məlumatı Ermənistan MN təsdiqləyib. 

Ağarza Elçinoğlu