AzQAC-ın (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.
"Unikal" "Trend"ə istinadən xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.