“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus İstanbul-Bakı reysini yerinə yetirməli olan təyyarə bir saatdan çoxdur ki, gecikir.
“Unikal” xəbər verir ki, bu barədə aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb. O bildirib ki, saat 22:25-də uçmalı olan təyyarə reysi yerinə yetirmir.
Aparıcı məsələ ilə bağlı AZAL-dan hər hansı açıqlama verilməməsindən şikayətlənib.