Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, qazilərin o cümlədən aztəminatlı ailələri ziyarət ediblər.
"Unikal" xəbər verir ki, görüş zamanı polislər onların qayğıları ilə maraqlanıb, qəhrəmanlarımızın igidlik salnamələrindən söz açıblar. Vətən oğullarının hünərinin qəlbimizdə əbədi yaşayacağını bildiriblər.
Həmçinin, asayiş keşikçiləri yeni tədris ilinin başlanması ilə əlaqədar həmin ailələrin məktəbli övladlarını təbrik edərək onlara uğurlar arzulayıb, gətirdikləri geyim, çanta və gündəlik dərs ləvazimatlarını azyaşlılara hədiyyə ediblər.