2 sentyabr 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaradağ rayonunun bütün ərazisində, o cümlədən qəsəbələrində iməclik keçirilib.
"Unikal" xəbər verir ki, Qaradağ rayon İcra Hakimiyyətinin iməcilik təşəbbüsünə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar qoşulub. İməclikdə iştirak edən sənaye, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə yanaşı, özəl sahədə çalışan sahibkarlar da iştirak edib.
Səhər tezdən rayonun küçələrində, səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, yeni yaşıllıqlar əkilib, digər təmizlik və dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunub. Bundan başqa ərazidə zibilliklər yığışdırılmış, yaşıllıqlara müvafiq qulluq göstərilib.