Azərbaycanın təşəbbüsü ilə 2 sentyabr 2023-cü il tarixində İstanbulda Türkiyə Dövlətləri Təşkilatı Katibliyinin binasında Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Dövlət Başçılarının Xarici Siyasət Məsələləri üzrə Köməkçi/Məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilmişdir.
“Unikal” xəbər verir ki, iclasda Agentliyin gündəliyində duran müvafiq məsələlərin müzakirəsi üçün Katibliyin rəsmiləri, eləcə də TDT-yə üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
Görüş zamanı iştirakçılar əsas diqqəti TDT fəaliyyətinin inkişafına yönəldib, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
İştirakçılar Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Zirvə Toplantısının təşkili ilə bağlı məsələləri də müzakirə etmiş, Sammit zamanı imzalanacaq sənədlərin Türk Dünyasında əlaqələrin gücləndirilməsi və ortaq məqsədlərin irəliləməsi baxımından əhəmiyyətini vurğulamışlar.
Beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub.
Nümayəndə heyətləri regionda və onun hüdudlarından kənarda sabitliyi, firavanlığı və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanları müzakirə ediblər.
Toplantı Türk Dünyasına Baxış - 2040 və TDT 2022-2026 Strategiyaları çərçivəsində TDT-nin inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığı inkişaf etdirmək öhdəliyinə uyğun olaraq konstruktiv dialoq və strateji planlaşdırma platforması rolunu oynayıb.