Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin onlara həvalə etdiyi missiyanı yerinə yetirmir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Mən faktiki olaraq, Rusiya sülhməramlı qüvvələrinin üçtərəfli bəyannamədə həvalə edilmiş missiyanı yerinə yetirmədiyi ifadəsi ilə razılaşmaqdan başqa, onların fəaliyyətinə qiymət verə bilmərəm. Bu da ciddi narahatlığa səbəb olur. Rusiya sülhməramlılarının Qarabağda olmasının əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinin, mülki əhalinin təhlükəsizliyidir. Belə olan halda təhlükəsizlik, o cümlədən sərbəst hərəkət hüququ təmin edilmir və bu, həqiqətən də narahatedici faktdır”, - deyə Nikol Paşinyan bildirib.