Ermənistanın baş naziri bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazdakı hərəkətləri və ya hərəkətsizliyi səbəbindən regiondan uzaqlaşır.
“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Paşinyan bunun hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:
“Rrusiyalı tərəfdaşlar tez-tez Qərb dövlətlərinin Ermənistan hökumətini Rusiyanı regiondan sıxışdırmağa sövq etdiyini deyirlər. Tarixdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi nümunələri olub.
Eyni ssenarinin təkrarlana biləcəyi fikrini doğuran proseslər var. Bir gün oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil... Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, Rusiya müəyyən addımlar atsa da, atmasa da, bölgəni tərk edir. Bilmirik hansı səbəbdən. Biz ancaq spekulyasiya edə bilərik. Amma deyə bilərəm ki, bu, bizi narahat edir”, - Ermənistanın baş naziri bildirib.
O əlavə edib ki, Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalı idi, lakin bura onların nəzarətində deyil.
“İki səbəb ola bilər - ya Rusiya Laçın dəhlizinə nəzarət edə bilmir, ya da nəzarət etmək istəmir. Hər iki səbəb problemlidir”, - Paşinyan bildirib.