Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə iştirak edir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
"Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (China International Fair for Trade in Services-CIFTIS) “Invest in Azerbaijan” vahid ölkə stendimizi ziyarət etdik. Ölkəmizin əlverişli iqtisadi mühiti, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu üçün yaradılmış imkanlar və həyata keçirilən layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır", - nazir qeyd edib.