Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb. Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
20:46
Kürdəmirdə 5 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar Mərkəzi-Aran rayonlarında hiss edilib.
Zəlzələ yerli vaxtla saat 20.35 də baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Unikal"a açıqlamasında bildirib ki, zəlzələ Kürdəmir, Saatlı, Cəlilabad, Sabirabad, Göyçay və digər rayonlarda hiss olunub.