Pakistanın Bəlucistan əyalətində Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

 "Unikal" xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri bəyanat yayıb. 

Təlim uçuşu həyata keçirən hərbi helikopterin Qvadar əyalətində qəzaya uğraması nəticəsində yüksək rütbəli 3 hərbçi həlak olub. 

Helikopterin texniki nasazlıq səbəbindən hadisə törətdiyi deyilir. Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib, araşdırma aparılır. 

Ağarza Elçinoğlu