Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, daha dördü itkin düşüb.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, çoxlu sayda ev su altında qalıb.
Onlardan biri uşaqdır.
Şiddətli yağış səbəbindən rayonda dərələr daşıb, bəzi yollar bağlanıb. İtkin düşənlərin axtarışı davam edir.