Türkiyənin qərbində yerləşən Kırklareli vilayətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb. 

"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə məlumat yayıb.

Ölənlər məşhur Bungalov otellərində, xüsusən də Dəmirköy şəhəri ərazisində dincəliblər. Hazırda daha bir nəfərin axtarışı aparılır. 

Öz növbəsində ədliyyə naziri Yılmaz Tunç Dəmirköydəki Bungalov otelinin sahibinə qarşı istintaq başladıldığını açıqlayıb. Ev sahibinin həbsi üçün order verilib. Otel qanunları pozaraq lisenziyasız tikilib.