Yaxın günlərdə Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri nəzərdə tutulmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən məlumat verilib.

Xatırladaq ki, bu gün Fransa prezidentinin Ermənistana və ya bölgəyə səfər edəcəyi barədə məlumat yayılmışdı.

“Alpha News” Fransa prezidenti Emmanuel Makronun bu həftəsonu Ermənistana səfər edəcəyini bildirib.

“Səfər sentyabrın 9-10-na planlaşdırılıb. Məlum olub ki, Makron İrəvandan sonra Bakıya səfər etməlidir”, – media yazır.