ABŞ prezidenti Co Baydenin üç gündür verdiyi koronavirus testlərinin nəticəsi mənfidir. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer məlumat yayıb. 

O, birinci xanım Cill Baydenin də test cavablarının mənfi olduğunu bildirib. 

“Bayden son 3 gündür test verir. Onda koronavirusun heç bir əlaməti yoxdur”, - deyə Jan-Pyer qeyd edib. 

Onun sözlərinə görə, bununla belə, Bayden 10  gün ərzində tibbi maskadan istifadə edəcək. 

Bundan başqa, Bayden həyat yoldaşının xəstəliyinə baxmayaraq, Hindistanda keçiriləcək G20 sammitinə getmək niyyətindədir.  

Nuranə Abbasova